Siyasət

Xankəndi aeroportu dekabrın 25-də açılacaq?

Rusiya KİV-nin yaydığı məlumata görə, Xankəndi aeroportunun açılışı dekabrın 25-nə təyin olunub. Bu barədə «Dağlıq Qarabağ hökuməti» (yəni ki, Araikin kontoru – Red.) xəbər verib.

«Aeroportun ətrafındakı ərazi minalardan tamamilə təmizlənib, aeroportun özü isə mühandis və texniki nöqteyi-nəzərdən ştatlı iş reiminə tam hazırdır» – deyə, «Sputnik Armeniya» agentliyi xəbər verir.

Xankəndi aeroportu hələ 2012-ci ildə təmir olunmuşdu və təyyarələri qəbul etməyə hazır idi. Ancaq Azərbaycanın qarşı durması səbəbilə, bu, baş verməyib.

Noyabr ayında üçtərəfli sazişin bağlanmasından və bölgədə Rusiya sülhməramlı əməliyyatının başlanmasından sonra vəziyyət dəyişib.

AzPolitika.info

Bənzər yazılar

Back to top button