İdman

Ronaldo 7 nömrəli formanı seçə bilməyəcək – İlginc səbəb

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo “Mançester Yunayted”də 7 nömrəli forma ilə çıxış edə bilməyəcək.

Qol.az xəbər verir ki, bu barədə jurnalist Deyl Conson özünün “Tvitter” səhifəsində yazıb.

Bildirilib ki, hazırda Edinson Kavani 7 nömrəli forma geyinir və liqa qaydalarına görə, oyunçunun oyun nömrəsi bütün mövsüm ərzində saxlanılır. 36 yaşlı hücumçunun bu nömrəni seçməsi üçün Kavani klubdan ayrılmalıdır. Ancaq uruqvaylı oyunçunun belə bir fikri yoxdur. Premyer Liqa rəhbərliyi mövsüm ərzində nömrəni dəyişdirmək üçün daha əvvəl istisnalar etməyib.

Qeyd edək ki, Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də 7 nömrəli forma ilə çıxış etmişdi.

Bənzər yazılar

Back to top button