GündəmHadisəManşet

Cənub meşələrində növbəti soyqırıma start verildi – Ekologiya işçiləri izləri itirmək istəyir (FOTOFAKT)

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin qorumalı olduğu meşələr kütləvi şəkildə məhv edilməkdədir.

AzToday.az xəbər verir ki, sosial şəbəkələrdə cənub rayonlarının meşələrinin qanunsuz məhv edilməsi ilə bağlı görüntülər yayılıb.

Məlumata görə, Haftoni meşəsini “Beta” şirkətinə qanunsuz icarəyə verməklə Qırmızı kitaba düşən agac növlərinin belə məhv olunmasına şərait yaradan Ekologiya və Təbii Sərvətlər Nazirliyi günah keçisi olaraq Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorunu işdən çıxartdı. Amma regional mərkəzə yeni müdir təyin edilən Cəlair Səmədov işə başlayan kimi sələfinə rəhmət oxutdurmağa başlayıb.

Yerli sakinlər iddia edir ki, Cəlair Səmədov qirma sahesi olmayan meşələrdə soyqırım aparır. Və kəsilən agacların üzərinə avtomobillərdə istifadə olunan qara yağ tökürərək izi itirməyə çalışır. Yəni ki, meşələr yoxlanılan zaman desin ki, agaclar ondan əvvəl kəsilib. Faktlar isə göz qabağındadır.

Qeyd edək ki, ekologiya işçiləri təbii qazla təhciz olunmayan yaşayış məntəqələrinin sakinlərini belə meşələrə buraxmır. Yerli sakinlər də qış üçün baha qiymətə odun yanacağı tədarük etməyə məcbur qalirlar. Sakinlər AzToday.az-a bildirib ki, bir ailənin odun yanacağına tələbatını ödəmək üçün ən azı 1000 (min) manat işbazlara (ekologiya işçiləri ilə şərik işləyirlər – red) verirlər…

Bu gün çəkilən meşə soyqırımının görüntülərini təqdim edirik:

Bənzər yazılar

Back to top button