ManşetSiyasət

Separatçı ermənilərə məxsus “Karabakh Telecom”-a lisenziyanı kim verməlidir? (ŞƏRH)

“Nəhayət ki, Azərbaycan Qarabağda qanunsuz fəaliyyət göstərən telekommunikasiya operatorlarının fəaliyyətinə də “əl gəzdirməyə” başlayıb. Bunu “Artsax ombudsmanının” Rusiya sülhməramlılarına şikayətindən də hiss etmək olur. Qondarma ombudsman sülhməramlılara şikayət edib ki, Azərbaycan texniki vasitələrin köməyi ilə Qarabağda mobil rabitə və internetin işini əngəlləyir”.

AzToday.az xəbər verir ki, bu sözləri “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Qarabağda yaşayan ermənilərin mobil rabitəsində tez-tez yaranan əngəlləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Ağdərədə, Şuşa ətrafında, Xocavənddə və Xankəndində yaşayan ermənilər və bura səfər edən ermənilər sosial mediada mobil rabitənin və internetin fəaliyyətindən şikayətlər edirlər:

“Məlumdur ki, Karabakh Telecom mobil operatoru 20 ildir ki, beynəlxalq telekommunikasiya qurumlarından müvafiq kodlar alaraq bizim ərazilərimzidə qanunsuz fəaliyyət göstərir.

44 günlük müharibə zamanı bu operator və onların telekommunikasiya infarstruktru darmadağın edilmişdi.

Artsax-ın qondarma hərbi-siyasi rəhbərliyi Karabakh Telecom-un da livanlı sahiblərini qovmuş və qondarma prezident Arutunyan bu operatoru zorla ələ keçirmişdi. Hazırda bu mobil operator ona məxsusdur.

Müharibədən sonra Ermənistan və Rusiya sülhməramlılarının köməyi ilə Karabakh Telecom-un fəaliyyəti bərpa edilib və Ermənsitan üzərindən internet və digər telekommunikasiya xidmətləri alırlar.

Əgər hansısa bir xarici operator bizim tezlik resursundan istiafdə edib bizim ərazilərimizdə fəaliyyət göstərirsə onun fəaliyyəti çoxdan bloklanmalıydı.

Əgər ermənilər münaqişəni dinc yolla nizamlamağa mane olurlarsa, doğru yanaşma o ola bilər ki, Karabakh Telecom mobil opeatoru uzun illər qanunzus biznesinə görə cavab versin, mobil rabitə üçün Azərbaycanın müvafiq qurumlarından lisenziya alsın və internet trafiki də Delta Telekom və ya Azertelecom üzərindən götürsün.

Onsuz da əvvəl-axır Caucasus Online da Azərbaycan tərəfinin nəzarəti altına keçəcək və nəinki Qarabağın, elə Ermənistanın da trafiki nəzarət altında olacaq”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button