Cəmiyyət

“Bu qədər də ədalətsizlik olmaz…” – Qazi jurnalist “Space”in müsabiqəsini tənqid etdi…

Vətən müharibəsi qazisi, jurnalist Daşqın Əziz “Space” televiziyasının “Vətən Müharibəsi Xatirələri” adlı müsabiqəsini tənqid edib.

D.Əziz Moderator.az-a açıqlamasında bildirib ki, Vətən müharibəsi iştirakçısı kimi o real hadisələri qələmə alsa da, müsabiqədə ona və digər qələm yoldaşlarına yer verilməyib:

““Space” televiziyası təxminən bir ay əvvəl “Vətən Müharibəsi Xatirələri” adlı yazı müsabiqəsi elan etmişdi. Əsas meyar olaraq isə o qeyd edilmişdi ki, müəlliflər müharibə iştirakçısı olsun. Biz də bir neçə müharibə iştirakçısı olan yoldaşlarla döyüşlər vaxtı gördüyümüz, yaşadığımız anları qələmə aldığımız yazıları göndərdik. Müsabiqənin qaliblərinin bu ayın 15-də açıqlanacağı bildirilmişdi. Fəqət düz on gün sonra – 25 iyunda açıqlandı. Özü də qalib olanların heç biri müharibə iştirakçısı deyil. Ordan-burdan eşitdiklərini kağıza köçürüb, “ən yaxşı” seçiliblər.

Vallah, dava “məni niyə seçmədiniz?”, “pulu mənə verməli idiniz” davası deyil. Bu qədər də ədalətsizlik olmaz. Mənə maraqlı gələn odur ki, o anları yaşayan, olduğu kimi, həm də bir az bəzək qatıb təqdim edən kəslərdən bir dənəsi seçilmir, amma ağızdan duyanlar gedib qalib olurlar”.

Bənzər yazılar

Back to top button