AnalitikaManşetSiyasət

Türkiyənin Əfqanistana çevrilmək ehtimalı

Türkiyənin yüksək instansiya məhkəməsi olan Yargıtay Başkanı Mehmet Akarca bildirib ki, hüquqi boşluq olduğu üçün kim istəsə sosial şəbəkələrdə saxta hesab aça bilir. Yargıtay Başkanı bunun qarşısını almaq üçün qanun qəbul edilməsini təklif edib.

Oxford Üniversitesinin iki il öncə apardığı araşdırma zamanı Türkiyədə rəyi soruşulanların 65 faizi sosial şəbəkələrdə fikirlərini açıq şəkildə ifadə etməkdən çəkindiklərini bildirmişdilər. Qorxularının səbəbi kimi isə fikirlərini açıq ifadə edəcəkləri halda hakimiyyətin təzyiqi ilə üzləşəcəklərini göstərmişlər. Türkiyə vətəndaşlarının bu qorxusu isə əsassız deyil. Çünki, Rəcəb Tayyib Ərdoğan prezident seçildiyi 2014-cü ildən bu günə kimi 38 min 581 şəxsə qarşı “dövlət başçısına böhtan” atdıqları ittihamı ilə məhkəmə davası açılıb. Halbuki Ərdoğandan əvvəl belə hal heç bir zaman müşahidə olunmayıb. General Kenan Evrenin zamanında cəmi 340 nəfərə, Turqut Özalın zamanında 207 nəfərə, Əhmət Necdət Sezərin zamanında 163 nəfərə, Süleyman Dəmirəlin zamanında cəmi 158 nəfərə, Abdullah Gülün zamanında 848 nəfərə qarşı “dövlət başçısına böhtan” atdıqları ittihamı ilə məhkəmə davası açılmışdı. Ərdoğanın prezident olduğu 7 il ərzində isə 38 min 581 şəxsə qarşı məhkəmə davası açılıb. Belə bir şəraitdə Türkiyə vətəndaşlarınn sosial şəbəkələrdə fikirlərini açıq şəkildə ifadə etməkdən çəkinmələrinin də, saxta hesablardan istifadə etmələrinin də səbəbi aydın olur. Türkiyədə baş verən məlum olaylardan xəbərsiz olan və hüququn aliliyinin nə qədər önəmli olduğunu anlamayan soydaşlarımz isə Ərdoğana pərəstiş edirlər.

Fikir və söz azadlığı boğulan hər bir İslam ölkəsinin Əfqanistana çevrilmək ehtimalı isə çox yüksəkdir. Hətta belə bir aqibət qaçılmazdır.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button