HadisəManşet

Bayramlı “villasını” çəkməyə gələn jurnalistə hücum edib xəsarət yetirdi – VİDEO

Xəbər verdiyimiz kimi, iddiaya görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı özünə dəbdəbəli villa tikdirir.

Yenisabah.az xəbər verir ki, Kanal 13 TV TƏBİB sədrinə məxsus olduğu iddia edilən villanın tikildiyi yerdən görüntüləri təqdim edib.

Tikinti aparılan ərazidə özünü villanın sahibi kimi təqdim edən şəxs əvvəlcə kanalın kamerasına vurub, daha sonra mikrafonu sındırıb və jurnalistə yüngül xəsarət yetirib. Buna baxmayaraq jurnalistlər sona qədər israr edərək həmin şəxsdən müəyyən məlumatlar ala biliblər.

Özünü Razim Bayramlı kimi təqdim edən şəxs qeyd edib ki, villa ona məxsusdur və bütün sənədləri qaydasındadır. Kanal əməkdaşları sənədləri göstərməyi xahiş etsələr də, R.Bayramlı bunu etməyib.

Həmin görüntüləri təqdim edirik:

Bənzər yazılar

Back to top button