GündəmSiyasət

Qızıl Aypara Cəmiyyəti Rusiya sülhməramlılarından cavab gözləyir

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağ erməniləri üçün göndərdiyi 40 ton unu daşıyan iki yük maşını hələ də Ağdam və Xankəndi arasında Rusiya sülhməramlılarının postundadır.

Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyevin Turan-a verdiyi məlumata görə, sülhməramlılara unun keyfiyyəti haqqında sertifikat təqdim edilib. Çuvallarda qablaşdırma tarixi qeyd edilib – 28 avqust 2023-cü il.

“Onlar komandanlıqla müzakirə üçün vaxt istəyiblər”, deyə Mirzəyev bildirib.

Cavab gələnə qədər Qızıl Aypara Cəmiyyətinin nümayəndələri bu ərazidə qalacaq, deyə o qeyd edib. Postun yaxınlığında Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinin və könüllülərin çadırları quraşdırılıb.

Bu arada, sülhməramlılar Xankəndi istiqamətində keçidə mane olmaq üçün gecə öz postlarında tikanlı məftil və millər quraşdırıblar.

Azərbaycan prezidentinin köməkçisi BBC-yə müsahibəsində bildirib ki, Laçın-Xankəndi yolu Ağdam yolu açıldıqdan 24 saat sonra açılacaq. “Nə qədər çox yol olsa, hamı üçün o qədər yaxşıdır”, deyə o qeyd edib.

Bənzər yazılar

Back to top button