Hadisə

Daşkəsən sakini Ermənistanla sərhəddə minaya düşdü

Daşkəsən sakini minaya düşüb.

AzToday.az xəbər verir ki, hadisə rayonun Ermənistanla sərhəd olan Alaxançallı kəndində qeydə alınıb.

1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu ərazidə qoyun otaran zaman atı sərhədi keçib.

Ş.Tağıyev atını gətirən zaman minaya düşüb. O, xəstəxanaya yerləşdirlib, sağ ayağı topuqdan amputasiya edilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Bənzər yazılar

Back to top button