Siyasət

Rusiya, Azərbaycan, İran və Qazaxıstan Xəzərdə birgə təlimlər keçirəcəklər

İranda “Dəniz Kuboku” müsabiqəsi başa çatdıqdan sonra Rusiya Xəzər donanmasının, İran, Azərbaycan və Qazaxıstanın Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərinin ekipajları birgə hərbi dəniz təlimləri keçirəcəklər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında Rusiya Xəzər donanmasının komandan müavini, kontr-admiral Sergey Yekimova istinadən bildirilir.

“Dəniz Kuboku” başa çatdıqdan dərhal sonra birgə təlimlər keçiriləcək və təlimlərdə Rusiya, İran, Qazaxıstan və Azərbaycan Hərbi Dəniz Donanmasının hərbi gəmiləri iştirak edəcəklər. Bir neçə gün ərzində Xəzərdə birgə təlimlər keçiriləcək, Sergey Yekimov İranın Ənzəli limanında bildirib.

İranda ilk dəfə keçirilən ArMİ-2021 “Dəniz Kuboku” müsabiqəsində (ötən bir neçə ildə bu müsabiqə Azərbaycanda keçirilib) Azərbaycan, Qazaxıstan, İran və Rusiyanın Hərbi Dəniz Donanmasının kiçik raket və artilleriya gəmiləri iştirak edir. (Turan)

Bənzər yazılar

Back to top button