Dünya

Məşhur şirkət işçilərinin dörddə birini ixtisar edir

ABŞ-ın nəhəng əmlak şirkəti olan Airbnb işçilərinin 25 faizini azaltmaq niyyətindədir.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, şirkət rəhbərliyi bu il koronavirus səbəbindən gəlirlərin 2 dəfə azalacağını proqnozlaşdırır. Hazırda ABŞ-da sifarişlərin sayı 50 faizdən çox azalıb. Bu səbəbdən icarə ilə əlaqəsi olmayan və əlavə layihələrdə çalışan 1900 nəfərin işdən çıxarılacağı deyilir.

Qeyd edək ki, Airbnb-nin balansında təxminən 7 milyon daşınmaz əmlak var. Bir neçə ay bundan əvvəl investorlar şirkətin səhmlərinin ilkin kütləvi yerləşdirilməsini səbirsiliklə gözləyirdilər və dəyəri 31 milyard dollar qiymətləndirilirdi. İndi isə Airbnb digər turizm şirkətləri kimi böyük itkilər verir. Beləliklə, aprel ayının əvvəlində şirkət ev sahiblərinə sifarişlərin ləğvinə görə 250 milyon dollar təzminat ödəmişdi.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button