Cəmiyyət

COVİD vaksinlərini enerji içkiləri soyuducusunda saxlamaq olarmı? – İnfeksionist

“Sinovac mənfi 4 dərəcə temperaturda saxlanılır və enerji içkiləri üçün nəzərdə tutulan soyuducuların saxlanma şəraitinə uyğundur”.

Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev sosial şəbəkələrdə koronavirusa qarşı peyvəndlərin enerji içkiləri üçün nəzərdə tutulan soyuducuda saxlanıldığını əks etdirən görüntülərə aydınlıq gətirərkən deyib. O bildirib ki, COVİD-ə qarşı istifadə olunan vaksinlərin hər birinin instruksiyası var və bunların hər biri haqqında əhaliyə məlumat verilib:

“Hansı ölkənin istehsalı olan vaksinin hansı şəraitdə və hansı temperaturda saxlanılması artıq hər kəsə bəllidir. Bu gün Avropya çıxmaq üçün istifadə olunan Pfizer vaksinlərini poliklinikalarda vurmurlar. Onu xüsusiləşmiş yerlərdə vururlar. Əsasən iki yerdə – Yeni klinika və Bakı Sağlamlıq Mərkəzində vurulur. Pfizer vaksininin poliklinikalara verilməsini bilmirəm, ola bilər ki, bunu təzəliklə həyata keçirirlər. Amma hazırda Pfizer poliklinikalarda istifadə olunmur. Əgər onu poliklinikalara verirlərsə, deməli, saxlanmasına da şərait yaradıblar”.

Qeyd edək ki, sosial şəbəkələrdə poliklinikaların birində koronavirusa qarşı peyvəndlərin enerji içkiləri üçün nəzərdə tutulan soyuducuda saxlanıldığını əks etdirən görüntülər yayılıb. Sözü gedən foto geniş müzakirələrə səbəb olub.

Bənzər yazılar

Back to top button