Dünya

“Taliban” liderinin harada olduğu məlum oldu

“Taliban” terror hərəkatı təşkilatının lideri Heybatulla Axundzadənin harada olduğunu açıqlayıb. Məlum olub ki, o, hazırda Qəndəhardadır.

Qaynarinfo xəbər verir ki, Çinin Xinhua xəbər agentliyinə görə, o, tezliklə ictimaiyyət qarşısına çıxacaq, – “Taliban” sözçüsü Bilal Kərimi bildirib.

İndi Əfqanıstanda yeni hökumətlə bağlı Qəndəharda danışıqlar aparılır. Axundzadə o danışıqlarda iştirak edir. Həmçinin, Əfqanıstanın aparıcı siyasətçiləri, tayfa və müxtəlif etnik qrupların liderləri ilə məsləhətləşmələr aparılır.

Daha əvvəl “Taliban” sözçüsü Pəncşirdə davam edən müqavimətçilərlə danışıqlarda irəliləyiş olduğunu söyləyib. Mənbənin bildirdiyinə görə, danışıqlar hər iki tərəfin tələblərindən çox fərqli olub.

Bənzər yazılar

Back to top button