Hadisə

“Bələdiyyə sədri kanalın ətrafını satıb, sudan istifadə edə bilmirik” – VİDEO + AÇIQLAMA

Ucar rayon Alpout kənd sakinləri Bələdiyyə sədri Maarif İsmayılovun ümumi istifadədə olan su kanallarının ətrafındakı əraziləri qanunsuz satdığını və kənd sakinlərinin sudan istifadə edə bilmədiyini iddia edirlər.

Bununla bağlı Yeniavaz.com-a müraciət edən kənd sakinləri Tofiq Abdullayev, Sabir Cəlilov və Məhəmməd Məmmədov bildirirlər ki, buna görə tez-tez ərazidə mübahisələr, dava-dalaş baş verir:

“Pul alıb su kanalının mühafizə zolağını satdığı üçün vətəndaşların yanında gözükölgəli olan bələdiyyə sədri hadisə yerində olan zaman çərçivənin sökülməsini tələb edənlərin üstünə qışqırıb onları təhqir edir. Biz sakinlər xahiş və tələb edirik ki, Ucar rayon Alpout Bələdiyyəsinin sədri Maarif İsmayılovun qanunsuz fəaliyyəti təftiş edilsin və onun barəsində ciddi tədbirlər görülsün”.


Məsələ ilə bağlı Yeniavaz.com-un sorğusuna Alpout Bələdiyyəsinin sədri Maarif İsmayılov cavab verib və sözügedən çəpərlərin o bu vəzifədə olmadığı vaxtlar quraşıdırldığını bildirib: “Mən 15 ildir bu vəzifədəyəm. O hasarlar 30 ildən çoxdur ki, orada var. Hal-hazırda çəpərlər sakinlərin tələbi ilə sökülüb”.

Bələdiyyə sədri iddia edib ki, 15 ildir vəzifədə osa da, sakinlər çəpərin sökülməsini yalnız son bir il ərzində tələb ediblər.

Bənzər yazılar

Back to top button