Hadisə

Minalardan Təmizlənməsi üzrə Milli Agentlik: Qarabağın minalardan təmizlənməsinə 13 il lazımdır

23.08-2021-ci ildən 28.08.2021-ci ilədək olan müddətdə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik Qarabağda 179 hektar ərazini təmizləyib, 77 piyada əleyhinə, 51 tank əleyhinə minanı, 107 nəfər partlamamış əşyanı zərərsizləşdirib. Bu barədə Agentlik bildirib.

Bu müddətdə Qarabağda 4 min hektara yaxın ərazi təmizlənib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin direktoru Qəzənfər Əhmədov deyir ki, ərazinin 14 min kvadrat metrlik hissəsinin təmizlənməsi tələb olunur ki, bu da 13 ilə qədər gərgin vaxt apara bilər. Onun sözlərinə görə, çətinlik ondadır ki, ermənilər bölgəni tərk edərkən əsas iqtisadi obyektləri – elektrik xətlərini, su rezervuarlarını, həmçinin qəbiristanlıqları minalayıblar.

Prezident İlham Əliyev 2021-ci ildə Qarabağda minalardan təmizləmə işlərinə 60 milyon dollardan artıq vəsaitin ayrılmasını tapşırıb.

Azərbaycan agentliyinə Türkiyədən minalardan təmizləmə üzrə mütəxəssislər kömək edirlər. Onlar Qarabağda minalanmış sahələrdə çalışırlar və xüsusi texnika göndərirlər. Azərbaycanlı sapyorlar Türkiyədə təlim keçiblər.

Fevralda rusiyalı mütəxəssislər Ağdam rayonunun ərazilərinin minalardan təmizlənməsində iştirak etmək üçün gəliblər. Həmçinin Rusiya sülhməramlıları öz məsuliyyət zonasında ərazilərin təmizlənməsini həyata keçirirlər.

Avqustda ABŞ Marşall İrs İnstitutu Minalardan Təmizlənmə üzrə Azərbaycan Milli Agentliyinə minaların axtarışı üçün xüsusi təlim keçmiş 10 it verib. 2023-cü ilin iyulunadək İnstitut Azərbaycana 30 minaaxtaran iti təmənnasız verməyi planlaşdırır. Bu itlər Qarabağda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə cəlb olunacaqlar.

Lakin torpaqların təmizlənməsi işi ləng gedir ki, bu da azad edilmiş ərazilərə qayıtmaq istəyən qarabağlı azərbaycanlıların narazılığına səbəb olur. Bəziləri qadağaları pozaraq təhlükəli ərazilərə keçir və minaya düşür. Münaqişə başa çatdıqdan iyunun ortalarınadək minalardan və digər partlayıcı qurğulardan 140-dan çox adam xəsarət alıb, 30 nəfər mina partlayışında həlak olub. Həmçinin erməni tərəfdə və rusiyalı sülhməramlılar arasında xəsarət alanlar var.

Rəsmi Bakı bildirib ki, erməni tərəfin təqdim etdiyi minalanmış sahələrin xəritələri qismən səhih deyil və bu, problem olaraq qalır. İyulun 3-də bildirilib ki, Ermənistan işğal zamanı Füzuli və Zəngilan rayonlarında basdırılmlş təxminən 92 min ədəd tank və piyada əleyhinə minanın xəritəsini Rusiyanın təşəbbüsü ilə Bakıya verib.

Cavab addımı kimi Azərbaycan məhkəmə qərarı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və təyin olunmuş cəza müddəti bitmiş 15 ermənini Ermənistana təhvil verib.

Hələ 12 iyun 2021-ci il tarixindən öncə Gürcüstan, ABŞ və Avropa İttifaqının köməyilə Ermənistan Ağdam rayonunda minalı sahələrin (97 min mina) xəritəsini Azərbaycana verib, əvəzində Bakı saxlanılan 15 ermənini Yerevana verib.

Milli Agentliyin mətbuat xidmətinin rəhbəri Fəridə Aşralova Turan-a bildirib ki, onların iş üçün maliyyə və insan resursları kifayət qədərdir, qurum mütəmadi olaraq yeni adamların işə cəlb edilməsi barədə elan verir. O, Agentlikdə çalışan mütəxəssislərin sayını açıqlamayıb. Qurumdan xahiş edirlər ki, əhali səbrli olsun və təhlükəli ərazilərə çıxmasın.

“Bütün ərazi Agentliyin direktorunun vəd etdiyi müddətdə təhlükəli hərbi əşyalardan təmizlənəcək”, – Aşralova bildirib. Xatırladaq ki, direktor Əhmədov azad edilmiş torpaqlarda gərgin işin 13 il davam edəcəyini bildirib.

Bənzər yazılar

Back to top button