Siyasət

Paşinyan “DQR”in “müstəqillik günü” ilə bağlı tədbirə qatılmayacaq

Ermənistanın Prezidenti Armen Sarkisyan və Baş nazir Nikol Paşinyan qondarma Dağlıq Qarabağ Respublikasının (“DQR”) “müstəqillik günü” ilə bağlı tədbirə qatılmayacaq.

Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, Armen Sarkisyan və Nikol Paşinyan məzuniyyətdədir. Onlar sentyabrın 2-dən sonra işə çıxacaq.

Erməni mediası ölkə rəhbərliyinin bu arada məzuniyyətə çıxmasını məqsədli addım hesab edir. Məqsəd isə təbii ki, “DQR”in “müstəqillik günü” ilə bağlı tədbirə qatılmamaqdır.

Yerli medianın yazdığına görə, Ermənistan rəhbərliyinin tədbirə qatılmaması 30 il ərzində ilk haldır. Buna qədər ölkə rəhbərliyi “DQR”in “müstəqillik günü” ilə bağlı tədbirdə iştirak edib. 44 günlük müharibədən əvvəl də Nikol Paşinyan bu məqsədlə Qarabağa səfər etmişdi.

“DQR”in “deputatı” Metakse Akopyan bildirib ki, Nikol Paşinyanın Qarabağa gəlişi istisnadır: “O bura necə gələ bilər? Onun təhlükəsizliyinə kim zəmanət verəcək? Heç vaxt bura gələ bilməz, bu, istisnadır”.

Bənzər yazılar

Back to top button