Cəmiyyət

Azərbaycanda polis icazələri yoxlamaq üçün planşetlə təmin olunmayıb?

Sosial şəbəkələrdə, eləcə də, ictimaiyyət arasında xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində fəaliyyət göstərən polis əməkdaşlarının vətəndaşların icazələrinin yoxlanılması üçün nəzərdə tutulan planşetlərlə təmin olunmaması barədə məlumatlar yayılır.

Bildirilir ki, bəzən polis əməkdaşlarında cəza üçün protokol olsa da, əksəriyyətində icazəni yoxlamaq üçün planşet yoxdur.

Məsələ barədə Daxili İşlər Nazirliyinə müraciət ünvanladıq.

DİN-in Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının icazəni yoxlamaq üçün planşetinin olmaması barədə iddialar həqiqəti əks etdirmir:

“Polisin texniki təminatı ən yüksək səviyyədədir. Xidmətə çıxan əməkdaşlar müvafiq planşetlər və digər vasitələrlə tam təmin olunublar.

Bənzər yazılar

Back to top button