İqtisadiyyat

Azad Rəhimovun bacısı oğlunun şirkəti məhkəməyə verildi

Məşhur tikinti şirkəti “Azinvest İnşaat” Qapalı Səhmdar Cəmiyyəti (QSC) məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı “Aegis Group” MMC-dir. Məhkəmə çəkişməsinin səbəbi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.

“Azinvest İnşaat” QSC 2000 manatlıq nizamnamə kapitalı ilə 23 fevral 2018-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Seyidməmmədov Anar Tofiq oğludur.

Mediada gedən məlumatlara görə, QSC-nin sədri 2006-2021-ci illərdə Azərbaycan Gənclər və İdman naziri olmuş mərhum Azad Rəhimovun bacısı oğlu Teymur Teymurovdur.

Fevral ayında bir qrup Qarabağ qazisi mediaya müraciət edərək Teymur Teymurovun onlara borclu olduğunu bəyan etmişdi. Qazilərin sözlərinə görə, QSC sədrinin onlara 108 000 borcu var. Borc Pirşağı qəsəbəsində yerləşən 10 saylı sanatoriyanın təmir-tikinti işləri ilə bağlı yaranıb. “Azinvest İnşaat” QSC-nin sifarişi əsasında həyata keçirilən bu işlər yekunlaşdırılsa da, şirkə fəhlələrin pulunu ödəməyib.

“44 günlük müharibə ərəfəsində bir dəfə də olsun bizim ailələrlə maraqlanan olmayıb. Onların köməklikləri bir yana, bizim əmək haqqımızı belə vermirlər. Qarabağı azad etdik, amma bunlarda pullarımızı ala bilmirik. Ümidimiz yalnız Prezidentimizədir”, – deyə Qarabağ qazilərinin müraciətində bildirilirdi.

“Azinvest İnşaat” QSC-ni məhkəməyə verən “Aegis Group” MMC-yə gəlincə, şirkət 5102 manatlıq nizamnaə kapitalı ilə 21 iyul 2020-ci il tarxidə qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Süleymanov Elçin Şəmistan oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə məlumatlar məhddudur.

Bənzər yazılar

Back to top button