Hadisə

Polis əməkdaşı dənizdə batan şəxsi xilas edərkən həyatını itirib

Sentyabrın 2-də saat 18:00 radələrində paytaxtın Xəzər rayonu ərazisindəki “Mayak” çimərliyində suda batan şəxsi xilas etməyə çalışan polis əməkdaşı boğularaq ölüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Çevik Polis Alayının əməkdaşı, 21 yaşlı İbrahim Əliosmanov bir nəfərin suda boğulduğunu görüb və onu xilas etmək üçün dərhal özünü dənizə atır. Amma dərinlik və yüksək dalğalar ona mane olub.

Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə öz həyatını itirib.

Bənzər yazılar

Back to top button