İdman

Yurgen Klopp futboldan uzaqlaşacağı tarixi açıqladı – “Liverpul” azarkeşlərini məyus edəcək xəbər

“Liverpul”un baş məşqçisi Yurgen Klopp (Jurgen Klopp) İngiltərə klubu ilə müqaviləsi bitdikdən sonra fəaliyyətinə fasilə verəcək.

Fanat.Az xəbər verir ki, bu barədə alman mütəxəssis ölkəsinin “RTL” nəşrinə açıqlamasında məlumat verib.

İşsiz həyatı üçün darıxdığını deyən Klopp “Liverpul”la müqaviləsi başa çatdıqdan sonra peşəkar fəaliyyətində bir il fasilə vermək niyyətində olduğunu deyib:

“Liverpul”la müqaviləm başa çatanda, nə olursa-olsun, əvvəlcə normal həyat sürməyin necə olduğunu öyrənmək istəyirəm. İşsiz həyatım üçün darıxmışam. Bir il tətildə olacağam. Daha əvvəl heç belə etməmişəm. Bir il uzaqda olsanız, bu, sizə müxtəlif səbəblərdən yaxşı təsir edə bilər. Məsələn, heç kim mənim ünvanıma mənfi bir şey ifadə etməyəcək. Dünyada məndən başqa kifayət qədər yaxşı məşqçilər var.”

Xatırladaq ki, Yurgen Klopp 2015-ci ildən “Liverpul”da çalışır. Alman mütəxəssisin klubla müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Bənzər yazılar

Back to top button