Hadisə

“AZƏRSU” PREZİDENTİN AÇDIĞI PARKDA ATTRAKSIONLARDAN PUL YIĞIR

Bakının Yasamal rayonu ərazisində yerləşən eyniadlı parkda attraksionları işlədən sahibkarlar buna görə “Azərsu” ASC-yə aylıq icarə haqqı verirmiş.

Tia.az-ın əldə etdiyi məlumata görə, “Lider Tv” binasına yaxın yerdə olan Yasamal parkı su anbarının üstündə tikilib və istirahət yerinə “Azərsu” ASC nəzarət edir. Ona görə parkda olan ödənişli attraksionlar üçün ASC onların sahiblərindən aylıq pul yığır.

Bu, ilk dəfə eşidilən məsələdir ki, “Azərsu” ASC artıq parklardan da pul qazanır. Məlumata görə, hər ay ASC-nin ərazidə yerləşən idarəsinin rəhbərliyinə ödənişlər olunur. Qeyd edək ki, Prezident İlham Əliyev 2014-cü ildə “Azərsu” ASC-nin “+82 Qərb” su anbarının ərazisində yeni salınan “Yasamal” parkının açılışında iştirak edib. Park Yasamal rayonunun Akim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində salınıb.

Parkda iki uşaq oyun meydançası və böyüklər üçün idman meydançası yaradılıb. Bu meydançalarda trenajorlar, müxtəlif əyləncə vasitələri quraşdırılıb. Amma o demək deyil ki, parkda əyləncə qurğularının işlədilməsinə görə pullar ASC-nin cibinə getməlidir.

Bənzər yazılar

Back to top button