GündəmSağlamlıq

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 305 yeni yoluxma faktı qeydə alınıb, 3 423 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzToday.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 78 604 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 000 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 174 292, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 329 571, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 844 726 təşkil edir.

Bənzər yazılar

Back to top button