İqtisadiyyatManşet

Bankın qarşısına elan vuruldu: “Peyvənd olunmayanların pensiya və yardımları dayandırılacaq”

Sosial şəbəkələrdə Ağcabədidə ABB – Azərbaycan Beynəlxalq Bankının qarşısına vurulan elan müzakirələrə səbəb olub.

“COVID-19 əleyhinə peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq”, – elanda qeyd olunub.

“Qafqazinfo” məsələ barədə ABB-yə sorğu ünvanlayıb. Bankdan bildirilib ki, belə bir tələb yoxdur:

“Bu təşəbbüs Bank tərəfindən olmayıb. Hazırda məsələni aydınlaşdırmağa çalışırıq. Müştərilər hər zamankı qaydada xidmət və məhsullarımızdan yararlana bilərlər”.

Bənzər yazılar

Back to top button