Dünya

Qvineyada dövlət çevirilişi: Qiyamçılar Prezidenti ələ keçirdi

Qvineyada qiyam qaldıran hərbçilər Prezident Alfa Kondeni saxlayıb.

Qaynarinfo-nun xəbərinə görə, bu barədə yerli KİV-lər məlumat yayıb.

15.30

Qvineya Respublikasında dövlət çevrilişinə cəhd edilib.

Qaynarinfo “Reuters” agentliyinə istinadən xəbər verir ki, hərbçilər Qvineyanın paytaxtı Konakridə prezident sarayının qarşısındadır. Konakrinin şimalından hökumət sarayına, prezident sarayının yerləşdiyi yerə gedən yeganə avtomobil yolu əsgərlər tərəfindən blokadaya alınıb.

Çevriliş cəhdinin arxasında xüsusi təyinatlılar qrupunun nümayəndələri dayanır. Qrupa əvvəllər Fransa xarici legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuya rəhbərlik edir.

Son məlumata görə, çevrilişə cəhddə iştirak edən 25 hərbçi saxlanılıb.

14.32

Qvineyanın paytaxtı Konakri şəhərinin mərkəzində intensiv aışma səsləri eşidilir.

Qaynarinfo xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, küçələrdə hərbçilər var.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button