Dünya

Qvineya prezidenti qiyamçıların əlindədir

Qvineyada hərbi qiyamçıların lideri polkovnik Mamadi Dumbuya ölkə prezidenti Alfa Kondenin təhlükəsiz bir yerdə nəzarət altında olduğunu söyləyib.

Qaynarinfo xəbər verir ki, polkovnik Dumbuya bu barədə “Fransa 24” telekanalına bildirib.

“Prezident, artıq həkim tərəfindən müayinə olunub. Narahatçılığa heç bir səbəb yoxdur”, deyə polkovnik vurğulayıb: “Ordu hakimiyyətlə “oynamaq” və ya “zarafat etmək” niyyətində deyil və ölkəyə kömək etmək üçün keçmiş hökumətin səhvlərini düzəltmək istəyir”.

Bənzər yazılar

Back to top button