Hadisə

Nazir bütün müşavirlərini vəzifədən azad edibmiş

Ekalogiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bütün müşavirlərini vəzifədən azad edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Xəlil Ramazanov yaşa görə pensiyaya göndərilib.

Nazirin digər müşaviri Şirinzadə Natiq Əhməd oğlu başqa dövlət qurumuna təyinat aldığı üçün işdən azad olunub.

Muxtar Babayev ötən il Xaliqverdi Hüseynovu özünə müşavir təyin etsə də, artıq o, bu vəzifəsindən azad edilərək Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi Şöbəsinin müdir əvəzi təyin edilib.

Bənzər yazılar

Back to top button