ManşetSiyasət

Ermənistan süni intellekt sahəsində sürətlə önə çıxmağa çalışır – Düşmən böyük təhlükəyə çevrilə bilər

İrəvan sakini Ovannes Avoyanın sahibi olduğu Picsart Silikon Vadisindən olan sərmayəçiləri tərəfindən yüksək qiymətləndirilən bir startapdır. Sərmayəçilər Picsart-ı 1.5 milyard dollar dəyərində qiymətləndirirlər. Bu ilin 8 ayı ərzində Picsart-ın gəlirləri 100 milyonu keçib. WhatsApp, TikTok və Instagram-ın rəqibi ola biləcək Picsart günü-gündən böyüyür. Avqusutun 26-da Picsart 130 milyon dollar sərmayə cəlb etməyə nail olub. Softbank, Sequoia, GSquared, Tribe Capital, Graph Ventures и Siguler Guff & Company kimi şirkətlər Picsart-ın sərmayəçiləri arasında yer almağa çalışır.

Azərbaycanda isə startapların yaradılmasını təşviq etməli olan nazirlik bu məqsədlə ayrılmış 26 milyon manatı “dondurub”.

Ermənistan İnformasiya Texnologiyaları və süni intellekt sahəsində sürətlə önə çıxmağa çalışır. Azərbaycana əsl təhlükə də məhz buradan gəlir. Mütəxəsislərin çox böyük narahatlıqla izlədiyi bu məsələ dövlət qurumlarındakı ağlı başında olan şəxsləri narahat edir. Cəmiyyət isə bütün bu məsələlərdən xəbərsizdir.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin bir tenderində “Dağlıq Qarabağ Respublikası” ifadəsindən işlədilməsi Azərbaycan üçün heç bir siyasi-hüquqi təhlükə törətmir və törədə də bilməz. Amma Ermənsitanın İnformasiya Texnologiyaları və süni intellekt sahəsəində önə çıxması Azərbaycan üçün ciddi təhlükə törədəcək.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button