Siyasət

Rüstəm Muradovun səlahiyyət müddəti bitdi

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov missiyasını başa vurub.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan vəzifəsini başa vuran Rüstəm Muradovu qəbul edib.

Görüş zamanı Muradovu kimin əvəz edəcəyi açıqlanmasa da, hələ maydan etibarən bu posta Aleksey Avdeyevin gətiriləcəyi müzakirə olunur.

Qəbul zamanı Qarabağdakı sülhməramlı missiyanın gedişi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə danışlıb.

Bənzər yazılar

Back to top button