Dünya

“Quş qripi”nin bu növünə insanda ilk dəfə rast gəlinib

Çində ilk dəfə bir insanda quş qripinin törəməsi olan H7N4 virusu aşkarlanıb.

AzToday.az xarici mətbuata istinadən xəbər verir ki, Çin Milli Sağlamlıq və Ailə Planlaması Komissiyasının yaydığı açıqlamaya görə, “quş qripi”nin törəməsi olan H7N4 virusu ölkənin şərqində yerləşən Jianqsuda 68 yaşlı bir qadında aşkarlanıb.

Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, H7N9 virusunun yayılması səbəbindən 2003-cü ildən indiyə kimi azı 600 nəfər ölüb, 1500-dən çox insan isə xəstəliyə yoluxub.

Paylaş

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button