Cəmiyyət

Yeniyetmələrə hansı hallarda mRNT Pfizer peyvəndinin vurulacağı məlum oldu

Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə hansı istisna hallarda Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulacağı məlum olub.

AzToday.az xəbər verir ki, Səhiyyə Nazirliyindən APA-nın sorğusuna verilən cavaba görə, istisna hallar dedikdə xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən yeniyetmələr nəzərdə tutulur.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsinin qərarına əsasən, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. 2. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button