HadisəManşet

Ağır Cinayətlər Məhkəməsindən geri qaytarılan cinayət işinin istintaqından şikayət var: Zərərçəkən Prezidentdən kömək istəyir

Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2021-ci il tarixində qəbul etdiyi qərarla istintaqa qaytardığı cinayət işinin istintaqı yenidən narazılığa səbəb olub. Belə ki, Quliyev Xaqani Azad oğlunun ağır dərəcəli xəsarət almasi ilə bağlı aparilmış istintaq prosessual normalara uyğun olmadığından, iş hərtərəfli araşdırılmadığından, təqsirli şəxslərə daha ağır ittiham verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2021 ci il tarixində qəbul etdiyi qərarla yenidən istintaqa qaytarılıb.

Bu cinayət işi üzrə şahidlərin məcburi məhkəməyə gətirilməsi barəsində hakim Zeynal Ağayevin qəbul etdiyi qərarları Sumqayıt və Abşeron Polis İdarələrinin icra etməməklə bağli Daxili İşlər Nazirliyinə müraciət etməsi barəsində məlumat vermişdik. Zərərcəkən Quliyev Xaqani Azad Oğlunun nümayəndəsi Quliyev İltimas Azad oğlu Aztoday.az-a açıqlama verərək narazılığını bildirib. Onun sözlərinə görə, cinayət işinin ibtidai istintaqı qeyri-obyektiv, qərəzli, bir cox qanun və normaların pozulmasi ilə müşaiyət olunan formada məhkəməyə göndərilib:

1.Zərərçəkən Xaqani Quliyevə işgəncə verərək ona ağir dərəcəli xəsarəti Ümid adlı şəxs,Sabir Əskərov və Tural Sadiqov olmuşdur. Lakin İstintaq orqani zərərçəkənin hadisə zamani görmədiyi Bəxtiyar Fərəcovu həbs edib.

2.Hadisə videomüşahidə kameralarının altinda baş verib, həmin görüntülər kəsilərək 1 dəqiqə 35 saniyə və 24 saniyədən ibarət kiçik hissələr cinatət işi materiallarına əlavə edilib. Cinayət işinə əlavə edilən bu kiçik videoparçalardan Xaqani Quliyevə kimin xəsarət yetirdiyi görünmür. Hesab edirik Umid, Sabir Əskərov və Tural Sadiqovu məsuliyyətdən azad etmək və ya onlarin cinayət məsuliyyətini yüngulləşdirmək məqsədi ilə videokardlar kəsilib.

3. Videomaterial cinayət hadisələri zamanı mötəbər subutdur, subutu saxtalaşdırıblar. Belə ağır cinayətlərdə subutu saxtalaşdirmaq Cinayət Məcəlləsinin 294.3-cu maddəsinə görə məsuliyyət yaradır.

4. Həmçinin öz saxtakar əməllərini malalamaq üçün kafenin işçilərindən ibarət şahid heyəti hazirlanib. Həmin şahidlər məhkəməyə gəlməkdən boyun qaçırırdılar. Saxta sahidlərə iki nüans əzbərlədilib ifadələri alınıb:

– Bəxtiyar Fərəcov Xaqani Quliyevə xəsarət yetirdi.
– Sabir Əskərov və Tural Sadıqov hadisə zamanı heç kəsə xəsarət yetirməyib.

Bu sahid heyəti əlavə suallara hazır olmadıqları uçun məhkəmə istintaqı zamani verilən suallara cavab verərkən ibtidai istintaqa verdikləri ifadələrlə ziddiyyət təşkil edən fikirlər səsləndirdilər.

5. İbtidai istintaq zamani Ümid adlı şəxsin ifadəsi belə alinmayib.

6.Subhan Abdulrəhimov ifadəsində Xaqani Quliyevə zərbə vurduğunu bildirsədə ittiham aktina adı sahid kimi daxil edilib.

7. “Metallurq” kafesinin fəaliyyəti bütun Sumqayıta bəlli olduğu kimi əxlaqsizliq yuvasidir, lakin istintaq orqanı kafeni işlədənlərin fəaliyyətinə, bu cinayət hadisəsindəki iştiraki və roluna hüquqi qiymət verməyib.

8. Xaqani Quliyevin telefonu hadisə zamani itmişdir, bu hala da qiymət verilməmişdir.

Bütun yuxarıda sadaladığım və burada bəzi qeyd etmədiyim faktlarla bağli istintaq muddətində dəfələrlə Sumqayit prokurorluguna müraciət etmişdik, lakin bizim muraciətlərimizə baxmadan işi məhkəməyə göndərmişdilər. İbtidai istintaq prosessual rəhbərliyi həyata keçirən prokuror zərərcəkənə və nümayəndəsinə məlumat vermədən cinayət işini məhkəməyə göndərməklə Cinayət Prosesual Məcəllənin 292.2-ci maddəsinin tələbini pozmuşdur. Həmçinin Sumqayıt şəhər prokururluguna etdiyimiz birbaşa muraciətlər və digər instansiyalara etdiyimiz müraciətlər cavablandirilmasi uçun Sumqayıt prokurorluguna göndərilmiş, həmin muraciətlərə cavab vermədiyi üçun Azəebaycan Respublikasi Konstitutsiyasinin 57-ci maddəsin,” Vətəndaşlarin muraciətləri haqqinda” qanunun, “Prokurorluq” haqqinda qanunun tələblərini yerinə yetirmədən hüquqlarimiz pozulmuşdur.

Məhkəmənin 06.08.2021 ci il tarixli qərari ilə yenidən istintaqa qayıdan cinayət işinin Sumqayıt şəhər İstintaq orqanlarında araşdırılmasına etiraz edirik. Cinayət işi materialları bu cinayət işi uzrə əvvəl istintaq qrupunun üzvü olan mustəntiqdədir. Ona etrazimizi bildirmişik. Lakin etirazimiz təmin olunmayib. Azərbaycan Respublikasinin Prezidenti canab İlham Əliyevdən kömək istəyirik. Biz Sumqayıt Şəhər Polis İdarəsində yüksək vəzifə tutan, bu iş üzrə istintaq qrupunun rəhbəri olmuş Bəhruz Musayevdən, müstəntiqlər Namiq Mirzəzadə və Rafiq Qəmbərovdan, təhqiqatçi Rafiq Quliyevdən, Məhkəmə-Tibb eksperti Faiq Məmmədovdan, elədədə Sumqayıt Prokurorluğunun əməkdaşlarindan ədələtli istintaq gözləmirik, onların bu işə qərəzsiz yanaşacaqlarına əmin deyilik. Xahiş edirəm cənab Prezident İlham Əliyev, baş prokuror cənab Kamran Əliyev, daxili işlər naziri cənab Vilayət Eyvazov məhkəmədən yenidən istintaq olunması üçün qayidan cinayət işini nəzarətinizə göturəsiniz, cinayət işinin Sumqayıt şəhər istintaq orqanlarından alinaraq basqa bir rayonda araşdirilmasini təmin edəsiniz.

Bənzər yazılar

Back to top button