Dünya

ABŞ Suriyada 300 rus əsgərini öldürdü (İDDİA)

“Reuters” ötən həftə Suriyada öldürülən və ya yaralanan rus əsgərlərinin sayının 300 nəfərə çatdığını iddia edib.

AzToday.az xəbər verir ki, Rusiya əsgərləri ötən həftə Suriya Demokratik Qüvvələri və ABŞ əsgərlərinin yerləşdiyi ərazilərə hücum edərək neft sahələrini ələ keçirməyə cəhd etmiş, nəticədə 40 əsgər dünyasını dəyişmişdi. Ölənlərin “Wagner” adlanan muzdlu əsgərlər olduğu bildirilirdi. Lakin muzdlu əsgərlərdən istifadəni qadağan edən Rusiya bu məlumatı təkzib etdi və mətbuatda həlak olanların sayı fərqli göstərildi.

Yeni yayılan məlumatda isə ölən və yaralanan rus əsgərlərinin sayı 300 nəfər göstərilib. Yaralılardan 50 nəfərin Moskvadakı hərbi hospitalda yerləşdirildiyi deyilir.

Qeyd edək ki, Rusiyanın Suriyada muzdlu əsgərlərin xidmətindən istifadə etməsi faktı 2015-ci ildən iddia olunur.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova yayılan məlumatı təkzib edərək 5 Rusiya vətəndaşının ölməsi ehtimalının mövcudluğunu, lakin onların Rusiya ordusunun üzvü olmadığını vurğulayıb.

Bənzər yazılar

Back to top button