Dünya

Ermənistan iqtisadiyyatı çökür, əhalinin sosial vəziyyəti pisləşir

Artur Vanetsyan: “Bu gün Ermənistanda insanlar çox kasıb yaşayırlar”

AzToday.az “Aysor.am” saytına istinadən xəbər verir ki, “Hayrenik” partiyasının qurultayında Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, partiya sədri Artur Vanetsyan indiki hökumətin səriştəsziliyi bardə açıqlama verib:

“Son aylarda hər birimiz iqtisadiyyatdakı vəziyyət və iqtisadi sahəyə rəhbərlik edənlərin bacarıqsızlığı nəticəsində yaranan problemlərlə üzləşdik”

O qeyd etdi ki, təəssüf ki, bu gün ölkə iqtisadiyyatı çökməyə doğru gedir: “Əhalinin sosial vəziyyəti pisləşməkdə davam edir. İnsan üçün ən çətin problem qazancdır. Bu gün Ermənistanda insanlar çox kasıb yaşayırlar və mən dəqiq şəkildə əminəm ki, Ermənistanda hər bir insan yaxşı yaşamalıdır. Bu qarşıya qoyduğum əsas hədəfdir. Sizi əmin edirəm ki, bu yöndə səylərimi əsirgəməyəcəyəm və bu arzuma çatacağam”.

Artur Vanetsyan qeyd edib ki, yaxın gələcəkdə Ermənistanın bütün inkişaf istiqamətləri üçün ictimaiyyətə formalaşdırılmış yanaşmalar təqdim edəcək: “Mənim bütün sahələrdə, ədliyyə, təhsil, elm və mədəniyyət, təbiətin qorunması və kənd təsərrüfatı sahələrində nəyə və necə nail olmağımıza dair dəqiq fikirlərim var”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button