Cəmiyyət

Məktəbdə yoluxma olarsa hansı qərar veriləcək?

Hansısa təhsil müəssisəsində yoluxma halları baş verəcək, bu istisna deyil.

AzToday.az bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, əgər yoluxma halı baş verərsə, hansısa şagird yoluxarsa, vəziyyətə uyğun qərar veriləcək:

“Məsələn, yoluxan şagird yoluxma zamanı məktəbdə olmayıbsa və ya şagirdlərlə ünsiyyətdə olmayıbsa və ya az sayda şagirdlə ünsiyyətdə olubsa, bu zaman məhdud qapanma olacaq”.

Qeyd edək ki, yeni qərara əsasən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Bənzər yazılar

Back to top button