İqtisadiyyat

Nazirlə rektor arasında 190 minlik müqavilə

Təhsil Nazirliyi “Odlar Yurdu” Universiteti ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 190 000 AZN təşkil edən müqavilədə məktəb fəaliyyətinin təşkili və planlaşdırma üzrə ixtisasartırma təlimi (distant) nəzərdə tutulur.

“Odlar Yurdu” Universiteti özəl ali təhsil müəssisəsidir. 1996-cı ildən fəaliyyət göstərən universitetin sahibi keçmiş deputat Əhməd Vəliyevdir. O, həm də “Odlar Yurdu”nun rektorudur.

Bənzər yazılar

Back to top button