İqtisadiyyat

Zəfər yolunun istifadəyə veriləcəyi vaxt açıqlandı

Zəfər yolu sentyabrın axırında istifadəyə tam hazır olacaq.

AzToday.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, 101 kilometrlik Zəfər yolunun asfaltlanma işləri yekunlaşıb: “Hazırda yolun xətlənməsi, yol nişanlarının quraşdırılmasına başlanılıb. Yaxın vaxtlarda bu işlər də tam başa çatacaq və Zəfər yolu tam olaraq istifadəyə veriləcək”.

A.Nəcəfli bildirib ki, dünyanın heç bir ölkəsində 10 ay ərzində respublika əhəmiyyətli yol sıfırdan tikilib istifadəyə verilməyib: “Bu, respublika əhəmiyyətli yoldur. 10 ay ərzində körpü-keçidlərlə birlikdə 101 kilometrlik yol inşa edilib. Bir aya təxminən 10 kilomtr yol tikilib. Ən soyuq və şaxtalı havada bu yolda işlər sürətlə davam etdirilib. Yol sentyabrın axırında istifadəyə tam hazır olacaq”.

Bənzər yazılar

Back to top button