İqtisadiyyat

Maliyyə Nazirliyi yenidən borca girdi: 15 milyon hara sərf olunacaq?

Bu gün Bakı Fond Birjasında Azərbaycan Maliyyə Nazirliyinin AZ0108028884 ISIN-li, 10 miylon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Valyuta.az-a BFB-dan məlumat verilib.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95.8936 AZN (7.5%) və 102.2623 AZN (5.9699%) olan 20 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 102.2623 AZN (5.9699%), orta ölçülmüş qiyməti 102.2623 AZN (5.9699%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 64 milyon 72 min 400 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 1 sentyabr 2026-cı ildir.

Hərrac iştirakçıları 8 sentyabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Bənzər yazılar

Back to top button