Dünya

Ermənistan sosial partlayış ərəfəsində: Ölkədə qıtlıq yarandı

44 günlük müharibədən sonra Ermənistanda təkcə siyasi deyil, həm də sosial-iqtisadi böhran yaşanır.

Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, hazırda ölkədə kəskin bahalaşma müşahidə olunur. Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində əhəmiyyətli sıçrayış var.

Ermənistan müxalifəti bahalaşma dalğasını hökumətin yarıtmaz siyasəti ilə izah edir və prosesin acı nəticələrə səbəb olacağı barədə mülahizələr yürüdür.

Artıq cəmiyyətdə də bahalaşma ilə bağlı narazılıqlar baş qaldırır. Bəzi mülahizələrə görə, onsuz da zəif olan Ermənistan iqtisadiyyatının böhran yaşaması rəsmi İrəvanın müharibə planlarından da irəli gəlir. Ermənistan hazırda yenidən ordu qurur. Bu məqsədlə büdcədən milyonlarla vəsait xərclənir. Yəni, hazırda Ermənistan hökuməti üçün prioritet məsələ hərbi cəhətdən güclənməkdir. Sosial rifahın yaxşılaşdırılması siyasəti isə arxa plana keçirilib. Lakin müşahidələr göstərir ki, ordu quruculuğu da lazımi səviyyədə getmir. Çünki qüdrətli ordu yaratmaq üçün Ermənistanın kifayət qədər maliyyə vəsaiti yoxdur.

Ərzaq məhsullarının bahalaşması həm də qıtlığa səbəb olub. Ermənistan mediası yazır ki, hazırda ölkədə kisə ilə qənd, şəkər tozu və un almaq mümkün deyil. “Supermarketlər kisə şəkər tozu satmaqdan imtina edirlər. Bizə müraciət edən sakinlər deyir ki, hətta kilo ilə qənd ala bilmirlər. Bəzi mağazalarda isə, ümumiyyətlə, qənd yoxdur”, – “Joxovurd” qəzeti yazır.

Bənzər yazılar

Back to top button