Dünya

Türkiyə Ordusunun generalı Suriyada vəfat etdi (FOTO)

Türkiyə Silah Qüvvələrinə ağır itki üz verib.

Qaynarinfo Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Suriyada xidməti vəzifəsini icra edən briqada generalı Sezgin Ərdoğan ürək tutmasından vəfat edib.

General sentyabrın 9-da general İdlibdə xidməti vəzifəsini yerinə yetirərkən özünü narahat hiss edib.

“O, xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb” deyə nazirliyin açıqlamasında bildirilib.

Bənzər yazılar

Back to top button