Sağlamlıq

Koronavirus hər zaman olub, sadəcə… – Oksford alimindən ilginc açıqlama

Oksford Universitetinin doktoru Tom Cefferson yeni tip koronavirus epidemiyasının Çindən yayılmadığını və uzun müddətdir dünyada olduğunu iddia edib.

Qaynarinfo xəbər verir ki, bu barədə alim “Daily Telegraph” nəşrinə açıqlama verib. O, virusun Vuhandakı laboratoriyadan çıxmadığını, yuxu rejimində uzun müddətdir var olduğunu bildirib.

“Məncə virus həmişə burda idi. Burda deyərkən, hər yerdə. Böyük ehtimalla yuxu rejimində olarkən ətraf mühit şərtlərinin təsiri ilə aktivləşib”.

Alim virusa Çində ortaya çıxmamışdan öncə Avropada rast gəlindiyinə dair dəlillər olduğunu söyləyib. Bildirib ki, ispaniyalı mütəxəssislər ötən ilin martında Barselonanın çirkab sularında yeni tip koronavirusa rast gəliblər. Həmçinin keçən ilin dekabrında İtaliyanın Milan və Torino şəhərlərində, noyabrda isə Braziliyanın Florianopolis şəbhərində rast gəlindiyini ifadə edib.

Tom Cefferson Covid-19-u ispan qripi ilə də müqayisə edib.

“1918-ci ildə Qərbi Samoada hər 3 nəfərdən biri ispan qripi səbəbindən həyatını itirib. Halbuki bu xalqın dünya ilə heç bir əlaqəsi olmayıb. Bu onu göstərir ki, bu viruslar heç bir yerdən gəlmir və heç yerə də getmir. Onlar hər zaman burdadır və bəzən bir şey onları aktivlərşdirir. Bu, dünya əhalisinin çoxluğu və ya ətraf mühit şərtləri ola bilər”, – deyə o, bildirib.

Bənzər yazılar

Back to top button