İdman

Azərbaycanı Avstriyada biabır etdilər

21 yaşlı futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti matçını keçirib.

Qaynarinfo xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi komanda səfərdə Avstriyanın qonağı olub.

Rid-innkreys şəhərindəki “Keyn Sorcen Arena”da baş tutan görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçmə mərhələ çərçivəsindəki ilk görüşdə Xorvatiya ilə qarşılaşan milli 0:2 hesabı ilə məğlub olmuşdu.

Hazırda heç bir xalı olmayan U-21 qrup sonuncusudur.

Bənzər yazılar

Back to top button