Dünya

Rusiya və ABŞ hərbi təyyarələri arasında qarşıdurma baş verib

Rusiya Müdafiə Nazirliyinin məlumatlara görə, ABŞ və NATO-ya məxsus təxminən 50 təyyarə Rusiyanın sərhədlərinə təxribatla məşul olur

AzToday.az Türkiyənin “Doğan” xəbər agentliyinə istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyi ABŞ-a məxsus B-1B tipli bombardmançıların Qara dəniz və Baltik dənizi üzərində aşkarlandığını, Rusiya qırıcılarının bombardmançıların sərhədləri pozmasının qarşısını almaq üçün mübarizə apardıqlarını açıqlayıb. Bu müdaxilənin ardınca ABŞ bombardmançılarının marşrutları dəyişdirərək Rusiya sərhədindən uzaqlaşdıqları bildirilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatlara görə, Rusiyaya məxsus “Su-27” və “Su-30” tipli qırıcı təyyarələri onların pozuculuq fəaliyyətinin qarşısını alıb.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında o da bildirilir ki, son dövrlərdə Baltik dəniz və Qara dəniz üzərində ABŞ və NATO-ya məxsus təxminən 50 təyyarənin aşkarlanıb, Rusiya döyüş təyyarələri may ayında iki dəfə bu təyyarələri uzaqlaşdırmaq məcburiyyətində qalıb.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button