AnalitikaManşetSiyasət

Avtoritarizmin sonu: Zəncir gec-tez bir yerdən qırılacaq – Xaqani Cəfərlinin yazısı

ABŞ-ın Əfqanistanı tərk etməsi, Talibanın ildırımsürətli uğuru Çin və Rusiyanın hakim dairələri tərəfindən Vaşinqtonun dünya liderliyi uğrunda məğlubiyyəti olaraq dəyərləndirilir. Pekin və Moskvanın hakim dairələrində yaşanan bu çoşqu digər avtoritar ölkələrə siyarət edib. Əfqanistandan yayılan görüntülər fonunda Çin və Rusiyanın təbliğatı müəyyən qədər inandırıcı görünərək ictimai rəyi çaşdır və insanların təsir altına düşməsinə səbəb olur.

Vaşinqtonun Moskva və Pekinlə rəqabət tarixçəsində ABŞ-ın aşkar məğlub olduğu bir tarix var: 30 aprel 1975-ci il. Məhz həmin gün Pekin və Moskvanın dəstəklidiyi “qırmızı kxmerlər” ABŞ qüvvələrini məğlub edərək Sayqonu ələ keçirmişdi. “Qırmızı kxemerlər” uğuru kommunizmin liberalizm üzərində qələbəsi kimi təqdim olunurdu və belə qənaət yaranmışdı ki, bu məğlubiyyət ABŞ üçün sonun başlanğacı olacaq. “Qırmızı kxmerlər”in qələbəsinin yeganə siyasi nəticəsi isə prezident Cerald Fordun 1976-cı ildə seçkidə məğlub olmasından ibarətdir. “Qırmızı kxmerlər”in kommunizmin liberizm üzərində qələbəsi kimi təqdim olunan Sayqonun “fəth”indən cəmi 16 il sonra Moskvanın hakimiyyəti altında olan sosialist düşərgəsi çökdü. Çinin özündə də 1975-ci illə müqayisədə kommunist sistemi ciddi dəyişikliyə uğradı. Kommunizmin liberalizm üzərində qələbəsi gerçəkləşmədiyi kimi, kommunizmin özü artıq tarixin arxivinə göndərilib.

Çin və Rusiyanın ABŞ-a nifrəti o qədər dərindir ki, Əfqanistanda hakimiyyətə gələn ideologiyanın onların özləri üçün də qorxunc təhlükə olduğunu dərk etmələrinə imkan vermir. Əlbətdə, bu gün Taliban Çin və Rusiya üçün ciddi təhlükə deyil. Amma Pekin və Moskvada unudurlar ki, ABŞ-ın Əfqanistanı tərk etməsi “Əl-Kaidə” və “İslam Dövləti-Xorasan”ın tezliklə dirçəlməsinə səbəb olacaq. Əfqanistanda mənzillənən bu iki terror təşkilatı yalnız ABŞ-ın gördüyü tədbirlər nəticəsində güclənə bilmirdi. Talibanın isə bu təşkilatlara qarşı mübarizə aparması mümkün olmayacaq. Əksinə, bu təşkilatlar Talibana qarşı uğurlu mübarizə apara biləcəklər. Talibanın Çin və Rusiya ilə münasibətləri onun özünün əleyhinə işləyəcək. Orta Asiya respublikalarını, Rusiyanın Cənub-Şərqi vilayətlərini və İranın Xorasan vilayətini əhatə edəcək İslam Dövləti yaratmağı qarşısına məqsəd qoyan “İslam Dövləti-Xorasan” Talibanın dünənki şüarını bundan sonra onun özünə qarşı istifadə edəcək. Radikal müsəlmanların rəğbətini itirməmək üçün “Əl-Kaidə” və “İslam Dövləti-Xorasan” Çin üçün də ciddi problemə çevriləcək. İslamçı terror təşkilatları arasında ən radikal qrup olan “İslam Dövləti-Xorasan”ın daha ciddi təhlükə olacağı gözlənilir.

ABŞ Əfqanistanı tərk etsə də, totalitarzim və avtoritarizm bütün dünya boyunca mövqelərini itirməkdə, liberalizm tərəfdarları azadlıqlar uğrunda mübarizəni daha da güclənirməkdədirlər. Rusiyanın özü də daxil olmaqla bütün postsovet məkanında liberalizm tərəfdarları avtoritarizmə qarşı çox ciddi mübarizə aparırlar. Postsovet məkanında nəhəng proseslərin yolunu açacaq hadisə isə Rusiya və ya Belarusda baş verəcək hakimiyyət dəyişikliyi olacaq. Bu iki ölkədə hakimiyyət artıq ancaq süngü üzərində iqtidarda qala bilir. İdeoloji və iqtisadi dayaqlar olmadan isə süngü üzərində isə uzun müddət oturmaq mümkün deyil. Artıq hər kəs dərk edir ki, zəncir gec-tez bir yerdən qırılacaq. Buna görə Belarus müxalifəti Lukaşenkodan sonra ölkəni qısa müddətdə dirçəltməyin əsaslarını yaradırlar. Rusiya müxalifəti isə Putindən sonra həyata keçiriləcək islahatların strategiyasın hazırlamağa başlayıb.

Çox geniş bir çoğrafiyada avtoritazrizmin çöküşünə artıq on illiklər deyil, ən pis halda cəmi bir neçə il qalıb. Qənaətimcə postsovet məkanın Avropa hissəsində avtoritarizmin tam çöküşü 2025-ci ildə başa çatacaq. Totalitar Çini isə daha ciddi təhlükə gözləyir.

ABŞ yalnız Əfqanistandan deyil, bütün Avrasiyadaan çəkilib getsə də, totaalitarizm və avtoritarizm qalib olmayacaq.
Çünki liberalizmin totalitarizm və avtoritarizm üzərində qələbəsi insan pisxologiyasının özündə kodlaşdırılıb.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button