İdman

“Mançester Siti”nin ehtiyat qapıçısı gedir? – Qərarını verdi

“Mançester Siti”nin qolkiperi Stefan Orteqa ikinci qapıçı statusuna baxmayaraq, klubda qalmaq istədiyini açıqlayıb.

Fanat.az xəbər verir ki, o, bu barədə “Sky Sport Germany”-ə belə deyib:

“Mənim gələcəyim? Bu elə də çətin mövzu deyil. Mən və ailəm Mançesterdə özümüzü çox rahat hiss edirik. Dünyanın ən böyük klublarından birində oynayıram. Bununla belə, qərar verən tək mən deyiləm”.

Bu mövsüm 31 yaşlı almaniyalı bütün turnirlərdə 15 oyun keçirib, 5 dəfə qapısını toxunulmaz saxlayıb. Onun “Siti” ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədərdir.

Bənzər yazılar

Back to top button