GündəmHadisəManşet

DTX-nın həbs etdiyi icra başçısı həbsxanada vəfat etdi

Ağstafa rayonunun sabiq icra başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyev bu gün dünyasını dəyişib.

AzToday.az xəbər verir ki, Axar.az-a daxil olan məlumata görə, o, həbsxanada koronavirusdan vəfat edib.
Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs olunmuşdu.

Bu ilin avqustun 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə zamanı Nizaməddin Quliyev 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi.

Bənzər yazılar

Back to top button