Siyasət

Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə rəhbərliyinin Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu açıqlayıb.

O qeyd edib ki, Türkiyə prezidenti Ermənistanla münasibətlərin normallaşması ehtimalını açıq şəkildə şərh edib: “Bu bəyanatlarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, avtomobil və dəmir yolların bərpasını müzakirə etmək üçün bir fürsət görürük. Daha geniş kontekst əldə edə biləcək belə bir söhbətə hazırıq”.

Paşinyan qeyd edib ki, söhbət bölgəni Şimalı Cənubla, Şərqi isə Qərblə birləşdirəcək bir qovşağa çevirməkdən gedir.

Baş nazir vurğulayıb ki, Rusiya bu prosesə töhfə verməyə hazır olduğunu bildirib. Avropa Birliyi, xüsusən Fransa və ABŞ da bu prosesdə iştirak etmək istəyir. Çin və Hindistanın bölgədə kommunikasiya layihələrinin inkişafına münasibəti də məlumdur. Paşinyan, bölgədəki sülhü və sabitliyi Ermənistan hakimiyyətinin uzunmüddətli strategiyası hesab etdiyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Ermənistanla münasibətlərin tədricən normallaşmasına hazır olduğunu bildirmişdi.

virtualaz.org

Bənzər yazılar

Back to top button