Cəmiyyət

ABŞERON TƏHSİL ŞÖBƏSİNDƏ KORRUPSİYA İŞİ PROKURORLUĞA GÖNDƏRİLDİ

Abşeron rayon təhsil şöbəsində aparılan yoxlamalar prokurorluğa göndərilib.

Bu barədə tia.az-ın əldə etdiyi məlumatda deyilir. Yoxlamalar təhsil şöbəsinin keçmiş rəhbəri Nazil Məmmədovanın qanun pozuntularını aşkarlayıb. Sabiq təhsil şefi icra başçısı İradə Gülməmmədovaya yaxın kadr idi. Hətta onların işbirliyi o səviyyədə idi ki, başçının fotosu olan gündəliklər məktəblərdə məcburi satılırdı. Ümumiyyətlə, N. Məmmədovanın dövründə Abşeron təhsilində özbaşınalıq, rüşvət, yeyinti norma idi. İcra başçısı ona geniş imkanlar açmışdı. Lakin vəzifədən gedişi ilə məsuliyyətdən uzaqlaşa bilmişdi. Amma yoxlamaların nəticəsi ilə bağlı materiallar prokurorluğa təqdim edilib. İcra başçısının daha bir qurbanı keçmiş təhsil şefi ola bilər. Bundan əlavə, baş memar, başçının bacısı oğlu onun güdazına gediblər. Onlara tikintiyə görə rüşvət almaq ittihamı irəli sürülüb. Gülməmmədova isə postunu saxlamaqdadır.

Bənzər yazılar

Back to top button