Əli Həsənovun həbsinə start verildi

Əli Həsənovun media siyasətinin son məhsulları

Print Friendly, PDF & Email

Azərbaycan mətbuatı müstəqillikdən sonra bir çox təlatümlü dövrlərdən keçib. Elə dövr olub ki, siyasiləşmiş cəmiyyət müharibə , siyasət, saray intriqaları mətbuatda çılpaqlığı ilə əks olunub. Həmin dövrdə qəzetlər bu tipli xəbərlərə daha çox yer verərək oxucu qazanırdılar. Atəşkəs əldə ediləndən və dövlət çevrilişləri cəhdlərinə son qoyulan dövrdən sonra ölkədə yaranan sabitlik cəmiyyətin siyasiləşməsində də bir qədər durğunluq yaratdı. Yavaş-yavaş oxucular şou-biznes xəbərlərinə, kriminal hadisələrə daha çox maraq göstərdilər. Buna görə də 90-cı illərin sonunda qəzetlər manşetə kriminal xəbərləri çıxarmağı, onları olduğundan daha da dəhşətli şəkildə təqdim etməyə meyilləndi. 2000-cı illərdə bu tendensiya yüksələn xətt üzrə inkişaf etməyə başladı. Sonrakı illərdə kriminallaşmaya manyaklaşma da əlavə olunmaqla orta səviyyəli düşünəcəyə sahib olan cəmiyyət üzvləri sözün əsl mənasında zəhərləndi.

İnternet mediasının kütləviləşməsindən sonra qəzetlərin oxucularını itirməsi həmin zəhərlənmiş təbəqələri bu sahəyə cəlb etdi. Yeni telefonların kəşfi, texnologiyanın inkişafı daha asan, görüntülü və rəngli olaraq informasiya əldə edən Azərbaycan cəmiyyətini əksər təbəqəsi, o cümlədən uşaqların da tərbiyəsinin pozulmasına gətirib çıxardı. Bu işdə yağışdan sonra ortaya çıxan göbələklər kimi sayları gün-gündən artan və özünə İP… toplamağa cəhd edən xəbər saytları da az rol oynamır. Konstitusiya, “KİV haqqında Qanun”, Cinayət Məcəlləsi bir tərəfə, heç bir etika, peşə məsulliyəti, obyektivlik prinsipi tanımayan bu saytlar Azərbaycan ailəsinə girib, onun əxlaqını qozmaqla məşğul olur.

Elə son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan orta məktəb şagirdlərinin “manyakcasına” hərəkətləri (buna “cinsi istismar”, “əxlaqsızlıq”, “zorakılıq” demək olmaz) tirajlanaraq İP-lər əldə etməyə girişildi. Üstəlik, bu zaman özünü aparıcı elektron KİV-lərdən sayan portalları da heç bir jurnalistika prisiplərini nəzər almadı. Belə ki, bütün qanunlara, qaydalara, prinsiplərə məhəl qoymayaraq yetkinlik yaşına çatmayan şəxsin adı, soyadı və onlar haqqınd digər məlumatların təqdim edilməsi sağlam düşüncəli vətəndaşları ciddi narahat edirdi. İlk günlər məlum “məktəbli videosu”nu yayan media qurumlarına cinayət işi başlanılması tələbi də səsləndirənlər olmuşdu. Əslində elə birinci bu videonun yayılmasının qarşısı alınmalıydı. İkincisi, bu əxlaqsız və manyakcasına hərəkətin iştirakçılarının, cinayəti törədən şagirdin adının, atasının adının, hətta babasının kimliyini ilk dəfə yayan internet saytlarına qarşı tədbir görülməli idi. Üstəlik qəsdən keçmiş müdafiyə nazirinin adının hallandırılmasına görə daha ciddi tədbirlər götürülməli idi. Dəqiqləşdirilməmiş informasiya yayan elektrojn KİV-lər haqqında keçmiş nazirin zərəçəkmiş ailəsi məhkəməyə müraciət etməsi daha məqbul olardı. Amma bu sonrakı mərhələdi.

Bu iradlardan və mübahisələrdən sonra, nəhayət reaksiya verən Baş Prokurorluq yetkinlik yaşına çatmayanlarla əlaqədər KİV-lərə xəbərdarlıq etdi. KİV-də bu qəbildən olan məlumatların ictimailəşdirilməsi milli mənəvi dəyərlərimizə zidd olması, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş şəxsi toxunulmazlıq hüququnu, Cinayət Prosessual Məcəlləsinin, eləcə də digər qanunvericilik aktlarının tələblərini pozuntusu kimi qiymətləndirən Baş Prokurorluq göstərilənləri nəzərə alaraq, gələcəkdə yetkinlik yaşına çatmayanlar haqqında məlumatları yayacaqları təqdirdə kütləvi informasiya vasitələrinin redaksiyası, baş redaktoru(redaktoru), yayılmış məlumat və materiallarin müəllifləri barəsində qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlər görüləcəyini bəyan etdi.

Çox təəssüf ki, xəbərdarlıqdam sonra da bəzi KİV-lər, o cümlədən keçmiş müdafiə nazirinin adını hallandıran aparıcı saytlardan biri də həmin şəxsin ailəsində üzr istəmək bir tərəfə, xəbərləri də səhifələrindən yığışdırmadı. Bu fakt Azərbaycan mediasında çox qəribə mənzərənin olduğunu ortaya çıxarır. Yəni PA- dakı məlum şöbənin və dairələrin nəzarəti altında olan KİV-lər cinayət xarakterli əməlləri belə sərgiləməkdədir, hətta Baş Prokurorluğun xəbərdarlığını da saya salmır, insanların şərəfi və ləyaqəti ilə oynayır, amma onlar barədə heç bir tədbir görülmür. Bunun əksinə olaraq hansısa müxalif fikirləri səsləndirən, hətta Əli Həsənovu tənqid edən yazılara görə Baş Prokurorluq saytlara əsassız xəbərdarlıq edə bilir, müvafiq nazirliyin əli ilə onlar bloklanır, amma bu məsələ ilə bağlı heç bir ciddi tədbir görülmür. Səbəb?

Səbəb çox sadədir, həmin saytlar elə Ə. Həsənovun başında dayandığı media siyasətinin “məhsulları”dır ki, orada dürüstlük, obyektivlik, cəmiyyətin mənafelərini müdafiə eləmək yox, öz maraqlarını ifadə edən və öz kreslosunu qorumaq fəaliyyəti əsas götürülür.

Bu siyasətdən imtina etmək, xalqa xidmət etmək lazımdır. Əgər biz sağlam cəmiyyətin formalaşması, sağlam nəsil yetişdiirlməsini istəiriksə, ictimai əxlaqsızliğı təbliğ edən “media qurumları” ilə bağlı ciddi tədbirlər görülməlidir.

Elnur Məsimov

AzToday.az