Hadisə

Qazax Müalicə Diaqnostika Mərkəzində BİABIRÇILIQ! Həkim yaşlı pasientə hörmətsizlik etdi

Qazax Müalicə Diaqnostika Mərkəzində pasientə qarşı hörmətszilik edib. Belə ki, mərkəzin oftolmoloqu Şəfa Əliyeva müayinə üçün ona müraciət edən xəstəyə qeyri-etik, kobud cavablar verərək otaqdan çıxarıb.

Bu barədə Hit.az-a Salehova Ülkər Həmid qızı şikayətçi olub. 66 yaşlı Ü.Salehovanın bildirdiyinə görə, iş saatının bitməsinə saatlar qala Ş.Əliyevanın qəbuluna düşmək istəyib, ancaq həkim “istirahət edirəm çıx bayıra” deyərək onu otağından çıxarıb:

“Saat 12:30 radələri idi. Mən səhər tezdəndən növbəmi tutub gözləmişəm. Köməkçisi bildirmişdi ki, həkim qəbul edəcək. Növbəm çatan zaman gözümün müayinəsi üçün otağa daxil oldum. Həkim Şəfa Əliyeva isə mənə qeyri-etik tərzdə, kobudcasına, ağır ifadələrlə cavab verərək otaqdan çıxardı. Mən 44 il Azərbaycan dili – Ədəbiyyat müəllimi işləmişəm. Belə bir kobudluğa rast gəlməmişəm. İndi belə həkimlər deyəsən nə müəllim sayır, nə yaşlı…”

Məsələ ilə bağlı həkimin özü ilə əlaqə saxlayıb açıqlama almaq istəsək də o bu dəfə də kobudluğundan geri qalmayıb:

“Jurnalist kimdir ki, mənə zəng edir. Gedib kimə şikayət edir etsin. Nazirliyə şikayətiniz də mənə maraqlı deyil. Yaxşı etmişəm, əlimin içindən gəlib”- ifadələrindən istifadə edərək dəstəyi asıb.
Aldığımız məlumata görə, bu hal ilk dəfə baş vermir. Şəfa Əliyeva Qazax Müalicə Diaqnostika Mərkəzində pasientlərə qarşı qeyri-etik davranışlarını uzun müddətdir davam etdirir.

Bənzər yazılar

Back to top button