Dünya

Rusiya peyki meteoritlə toqquşdu, istiqamətini itirdi

Rusiya meteoroloji peyki Meteor-M 2-2 mikrometeoritlə toqquşub.

Qaynarinfo izvestia.ru-ya istinadla xəbər verir ki, hadisə dekabrın 18-də baş verib. Dövlət korporasiyası toqquşmadan sonra cihazın orbitini dəyişdirdiyini və istiqamətini itirdiyini qeyd edib.

“18 dekabr 2019-cu ildə 2-2 nömrəli Meteor-M kosmik gəmisində xarici təsirə (ehtimal ki, bir mikrometeorit) görə anormal bir vəziyyət qeydə alınıb”, – RİA Novosti yazıb.

Fövqəladə vəziyyət səbəbiylə Meteor-M Rusiya izləmə avadanlıqları zonasına girməmiş enerji qənaət rejiminə keçib.

Hazırda Meteor-M ilə rabitə və idarəetmə bərpa edilib. Mütəxəssislər bucaq sürətlərini azaltmaq və cihazı standart istiqamətə yönəltmək üzərində iş aparıblar.

Bənzər yazılar

Back to top button